Ölkə

Yeni il bayramında Azərbaycana daha çox bu ölkələrdən turist gələcək

4 Dekabr 2019 19:44
0 Şərh     Baxış: 1 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeni il bayramında Azərbaycana daha çox Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarının gələcəyi gözlənilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, həmin ölkələr Azərbaycan üçün artıq formalaşmış turizm bazarlarıdır:

"Ona görə də ötən illərdə olduğu kimi, bu il də adıçəkilən ölkələrdən daha çox turistin gəlmə tendensiyası müşahidə ediləcək".

K.Quluzadə qeyd edib ki, gəlmə turizmlə bağlı Azərbaycanın 12 əsas prioritet istiqaməti var: "Bunlar Avropa və Asiya ölkələri, müəyyən mənada isə ABŞ, Şimali Afrikadan olan ölkələrdir ki, bu istiqamətlər üzrə də Azərbaycana gələnlərin sayında artım var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.