Ölkə

Vilayət Eyvazov yeni rəis təyin etdi

30 Noyabr 2019 09:33
0 Şərh     Baxış: 4 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev tutduğu vəzifədən azad edilib. 

Nazirin digər əmri ilə F.Azadəliyev Lənkəran Şəhər-Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ rəisi, polis polkovniki İslam Hümbətov vəzifəsindən azad olunaraq, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.