Ölkə

Azərbaycanlı kosmetoloqu öldürüb basdıranlarla bağlı qərar verildi

28 Noyabr 2019 14:52
0 Şərh     Baxış: 1 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın Almatı vilayətində azərbaycanlını öldürən 28 yaşlı Jangeldi Koblanov və Aydan Berenovanın məhkəməsi olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, üç uşaq anası 40 yaşlı Bəturə Məmmədova Almatıda gözəllik salonunda kosmetoloq işləyirmiş.

O, taksidə olduğu zaman sürücü Jangeldi Koblanov ondan qızıl əşyalarını verməyi tələb edib. Bəturə Məmmədova etiraz edəndə Jangeldi Koblanov və sevgilisi Aydan Berenova onu öldürüblər.

Daha sonra Bəturənin üzərində olan qızıl əşyalarını və pulu götürüb meyiti basdırıblar. Ona məxsus əşyaları isə yandırıblar.

Məhkəmə qərarına əsasən, təqsirləndirilən Jangeldi Koblanov 17 il, Aydan Berenova isə 16 il azadlıqdan məhrum edilib.

Onlar törətdikləri əməli etiraf etməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.