Ölkə

Bakıda yeznəsini öldürən şəxsə hökm oxundu

27 Noyabr 2019 19:49
0 Şərh     Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 45 yaşlı Şirinov Rauf Həsən oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.  Hökmə əsasən,  R.Şirinov 13 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə bu il iyunun 14-nə keçən gecə saat 01:00 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında baş verib. Şəhər sakini Rauf Şirinov bacısının əri Ramiz Məmmədovu güllələyərək qətlə yetirib. "Hozu" ləqəbi ilə tanınan Rauf Şirinov tutulub. 

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədilkdə) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.