Ölkə

Gəncədə 1-ci sinif şagirdi məktəbdə öldü - YENİLƏNİB

26 Noyabr 2019 15:11
5 Şərh     Baxış: 2 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:11

Məktəb direktoru 1-ci sinif şagirdinin ölümünə münasibət bildirib.

Milli.Az M.Ş. Vazeh adına 16 saylı tam orta məktəbin direktoru Elnurə Yusifova APA-ya bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub. Bu gün səhər saatlarında şagirdin halı qəfildən pisləşib. Məktəbə təcilli tibbi yardım çağırılıb. X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb.  

---------
14:50

Gəncədə bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 16 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızının məktəbdə halı pisləşib və o yıxılıb. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.