Ölkə

Bu il Bakıda 293 binaya qaz verilib

25 Noyabr 2019 23:55
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.

Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tədbirlərini davam etdirir.

Birlikdən Milli.Az-a verilən məlumata görə, 2019-cu il noyabr 1-nə olan məlumata görə 293 yaşayış binası üzrə 17 104 mənzil, oktyabr ayında isə 60 yaşayış binası üzrə 2504 mənzil təbii qazla təmin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.