Ölkə

Bibiheybətdəki sürüşməyə səbəb insan amilidir - ETSN

25 Noyabr 2019 12:06
2 Şərh     Baxış: 1 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayıl ərazisi sürüşməyə meyilli ərazi olduğundan ciddi nəzarətdə saxlanılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə daha əvvəl - 2018-ci ilin fevral ayında Bayıl dərəsinin sağ yamacında sürüşmə baş vermişdi. Bir müddət əvvəl isə, oktyabr ayında Badamdar ərazisində sürüşmə hadisəsi qeydə alınıb: "Ötən gün axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan bu ərazidə sürüşmə baş verib. Təxminən yolun 80-100 metrlik hissəsində sürüşmə qeydə alınıb. Prosesə səbəb insan amilidir. Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədir, yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur. Atmosfer çöküntülərinin intensiv olması ilə bağlı torpaq qatı ağırlaşır, təzyiq artıq və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarının çökməsi tipli hadisə təkrar qeydə alınıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.