Ölkə

Baş nazir sürüşmə zonasına gəlib - FOTO

25 Noyabr 2019 10:56
0 Şərh     Baxış: 2 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş nazir Əli Əsədov Bakının Bibiheybət qəsəbəsində baş verən sürüşmə ərazisinə gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ə.Əsədov hadisə yerinə baxış keçirir.

Qeyd edək ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və digər qurumların rəhbərləri də hadisə yerindədirlər.

Xatırladaq ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib.

Hadisə nəticəsində əraziyə gedən yol bağlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.