Ölkə

Mikayıl Cabbarov: "Azərbaycan və Rusiya innovasiyalar sahəsində əlavə yol xəritəsi hazırlayacaq"

22 Noyabr 2019 19:01
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Rusiya innovasiyalar sahəsində əlavə yol xəritəsi hazırlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada X Rusiya-Azərbaycan regionlararası forumunda deyib.

Nazir bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Rusiyanın Baş naziri Dmitri Medvedev arasındakı görüş zamanı innovasiya və texnologiyalar sahəsini əhatə edəcək yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub:

"Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlığın vacib istiqamətlərindən biri energetikadır. Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda uğurla işləyir. "Şimal-Cənub" beynəlxalq dəhlizinin yaradılması üçün işlər aparılır. Biz bu dəhlizin inkişafı üçün böyük səy göstəririk. Eyni zamanda "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi uğurla işləyir. Azərbaycanda nəqliyyat, dəmiryol sisteminin inkişafına böyük həcmdə investisiyalar qoyulur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.