Ölkə

Telejurnalist Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

22 Noyabr 2019 13:21
18 Şərh     Baxış: 7 767

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova telejurnalist Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Hicran Hüseynova deyib ki, hər bir məsələ, yaxud zorakılıq halı baş verəndə Dövlət Komitəsi bununla bağlı operativ olaraq bölgələrdə, rayonlarda yaradılan monitorinq qruplarına müraciət edir:

"Bu monitorinq qrupları daha operativ reaksiya verə bilərlər. Bir çox hallarda belə məsələlər üzə çıxanda məlum olur ki, ciddi psixoloji problemlər var. Müraciət edirlər, sonra məlum olur ki, onun hansısa səbəbə görə səhhətində problem var. Sonra onlar bunu hansısa televiziyada, yaxud sosial şəbəkədə bildirirlər, araşdıranda məlum olur ki, elə də ciddi məsələ deyil. Siz bizi də başa düşün, deyirlər ki, filan məsələ olur, Dövlət Komitəsi reaksiya vermir. Komitə hər bir halda reaksiya verir. Elə bir hal ola bilməz ki, biz reaksiya verməyək, bu, bizim işimizdir. Amma Dövlət Komitəsinin ayrı işləri də var. Başa düşürsüz?! Ona görə də bizi narahat edən məsələlər barədə məlumatları çatdırırıq. Hər hadisə ilə bağlı hər dəfə açıqlama versək, bu, düzgün olmaz. Bunun üçün xüsusi aidiyyəti qurumlar, hüquq-mühafizə orqanları var. Bir çox hallarda cinayət işi açılır, konkret olaraq məlumat yoxdur ki, bu işi törədən kimdir. Bu zaman bizdən tələb edirlər ki, deyin ki, kim günahkardır. Biz bunu deyə bilmərik, çünki hələ araşdırma gedir. Biz bu araşdırmalar bitəndən sonra açıqlama verəcəyik ".

Milli.Az

loading...

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 22 Noyabr 13:30268

    Bu boyyyyyyyyyyyyyyda dastan danisdi axirdada arasdirma aparilir bitenden sonra melumat verilecek 1 kelme deyinde hə ya yox doyulub yoxsa yox bunu demek 4 gündü cetindi camaat 1 güne 1 ce saata aydinliq getiri.Amma doyulene oxsamir axi bunun yoldasi ariq zerif gözelll yene doydure biler kimlerese özünün doymesine inanmiram qarisqa fil letifelerine oxsayir

    Cavab yaz
  • Anonim
    Oxucu · 22 Noyabr 13:35260

    Bu qədər deyilən sözün Elçinlə nə əlaqəsi?

    Cavab yaz
  • Anonim
    Kamilla · 22 Noyabr 13:52120

    Indi noldu..doyub ya doymeyib???))))))))) Anlayamadim eyyyyyyy

    Cavab yaz
  • Anonim
    Kamilla · 22 Noyabr 13:5472

    Bu Esra yaziq ne dedi ki disslayk etdiniz? 1 layk menden))))

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 22 Noyabr 14:5571

      Cox saq ol canim var ol !Tesekkurler !

      Cavab yaz
      • Anonim
        dəliqanlı · 23 Noyabr 02:0911

        Bir gün olaydı sizi dər eriniz döyəydi ki, ay arvad mənim arvadımsan, yoxsa internetin arvadısan? Gəlib mənim köynəyimi yuyub ütləmək əvəzinə, evdə təmizlik yaratmaq əvəzinə asılıb qalmısan internetdən, hamıya da cavab yazırsan, elə bil bu işdən pul qazanırsan,

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 23 Noyabr 09:0140

          O görür axi koyneyi de temiz evde seliqeli behanesi yoxdu Ona goree döyulmurem.2 cisi de lap seliqesiz olsada O meni doye bilmez atamnan basqa hec kime ixtiyari yoxdu meni doymeye atamda indiyene qeder doymuyubse basqalari heyat yoldasim olsada ede bilmezzz. Ay dəli, men 1 serh yaziram 1 ton is gorurem 2 ci şərhe qederrr .

          Cavab yaz
  • Anonim
    ×××××× · 22 Noyabr 14:2144

    mən onları 28 mayda görmüşdüm vagzalin yaninda kişi qucaginda uşaq qiz qabaqda gedirdiler hecde zerif zad deyildi hundur cüssəli qadın idi bir sözlə məni açmadı (çünki atxalariycads baxdim))) ) yeni döyülmə ehtimal var!

    Cavab yaz
    • Anonim
      // · 22 Noyabr 14:5451

      Uşaq onun qucagında və arxada getdiyinə görə?)

      Cavab yaz
      • Anonim
        × · 22 Noyabr 15:4561

        Yox qadinin hündür cüsseli olduguna göre)))Allah sizi güldürsün.

        Cavab yaz
  • Anonim
    Sura · 22 Noyabr 14:3872

    Esra xanim sozun duzu deyir niye disslayk edirsiz

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 22 Noyabr 14:55102

      Cannnn saq ol var ol

      Cavab yaz
  • Anonim
    DÜZ SÖZ · 22 Noyabr 14:4220

    delinin biri quyuya tas attı 10 aqıllı tası cıqarabilmedi.

    Cavab yaz
  • Anonim
    Aki 2 · 22 Noyabr 14:4690

    Eşi bezdiyeee cehenneməə döyülsünnn

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 22 Noyabr 14:4792

    Deməli nə isə bir "Məmmədvəli "var də !..

    Cavab yaz
  • Anonim
    Alina · 22 Noyabr 15:0373

    İndi bu döyülübsə biz neyniyək getsin kişi sığınacağına ya da 1ci yoldaşı qəbul edirsə getsin ona sığınsın

    Cavab yaz
  • Anonim
    .. · 22 Noyabr 17:1150

    Efirde òzge xanimlara qarwı kobudluq eden,evde Allah bilir nece davranir .

    Cavab yaz
  • Anonim
    qamet · 22 Noyabr 18:3850

    hə nə olsun, kişini arvadı döyər da, yəqin deyib, bir busə ver, o da bir şillə vurub. Nədir Elçin də ağlayıb yazıb FB-a? Ona görə bütün polis, ailə münasibətləri komitəsi bu barədə elmi tədqiqat və təhqiqat aparırlar? neynək, bu da keçər Elçin səviyyəli oğlandı, bu iş səviyyəli aparılır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.