Ölkə

Hicran Hüseynova helikopterlə Ağdama getməsinə aydınlıq gətirdi

22 Noyabr 2019 12:14
3 Şərh     Baxış: 2 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova rayonlarda sakinlərə görüşə helikopterlə getməsi məsələsinə aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, H.Hüseynova bildirib ki, Komitənin nə helikopteri, nə yaxtası, nə də təyyarəsi var:

"Mənim maşınım bərbad vəziyyətdə olarkən Ağdam və Tərtərdə sakinlərlə görüşə gedə bilməzdim. Mənə dedilər ki, 30-dan çox insan sizi orada gözləyir. Mən hərbçilərə zəng etdim ki, kim gedəcək? Hərbçilər dedilər ki, helikopterlə reys var. Mən hərbi helikopterlə getdim. Bu, təhlükəli bir gediş idi. Mən qısa müddətdə ora çatdım, vətəndaşlarla görüşdüm, onları dinlədim. Avtomobillə gedib gələn zaman itirəcəyim 5 saatdan çox vaxtı vətəndaşlarla görüşə həsr etdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.