Ölkə

Azərbaycanda erkən nikahların sayı xeyli azalıb - Komitə sədri

22 Noyabr 2019 11:39
0 Şərh     Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda erkən nikahların sayı xeyli azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

H.Hüseynova bildirib ki, Azərbaycanda 18 yaşına qədər nikaha girən qızların sayı ən çox 2011-ci ildə olub: "2011-ci ildə 5138 bu cür hal var idi. O zaman biz təklif etdik ki, Ailə Məcəlləsinə dəyişiklik olsun və nəticədə 2012-ci ildən bu göstərici azaldı. 2018-ci ildə bu rəqəm 338 olub".

Komitə sədrinin sözlərinə görə, 2011-ci ildə 15-17 yaşlı qızların dünyaya gətirdiyi uşaqların sayı 4392 idisə, 2018-ci ildə bu rəqəm 2129 olub: "Biz çalışırıq ki, bu məsələ də aradan qalıdırılsın. Bunun üçün müvafiq qurumlarla birgə fəaliyyət aparırıq". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.