Ölkə

Yağış səbəbindən elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb

22 Noyabr 2019 13:49
0 Şərh     Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər ölkə boyu yağan leysan yağışların, dünən axşamdan isə dağlıq rayonlarda sulu qar, Şimal-Qərb və Şimal regionlarında qarlı-çovğunlu havanın olmasına baxmayaraq ölkəmizin elektrik enerjisi ilə təchizatında ciddi problem yaranmayıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bəzi ərazilərdə yaranan kiçik problemlər tez bir zamanda aradan qaldırılıb:

"Ötən gecə Qərb regionunun Tovuz rayonunun 35KV-luq Ağdam kənd hava elektrik veriliş xəttində texniki qəza baş verib və bu, operativ surətdə aradan qaldırılıb".

Məlumatda, həmçinin o da qeyd edilir ki, qurumun texniki departamentinin əməkdşaları qabaqlayıcı tədbirlər görərək fərdi qaydada daxil olmuş şikayətləri operativ şəkildə aradan qaldırırlar:

"Abşeron rayonu Məhəmmədi qəsəbəsinin elektrik enerjisi təsərrüfatı yenilənir. Bu məqsədlə "Zabrat" yarımstansiyasından adıçəkilən qəsəbəyə yeni iki dövriyyəli hava xətti çəkilir və bu ayın sonuna işlər yekunlaşacaq".

"Azərişıq" ASC istehlakçılara müraciət edərək bildirib ki, yaranan hər hansı çətinliklərlə bağlı qurumun 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.