Ölkə

Binəqədidə qonşusunu öldürdü, 9 il cəza aldı

21 Noyabr 2019 15:45
0 Şərh     Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində 66 yaşlı kişini bıçaqlayaraq öldürməkdə təqsirləndirilən İbrahim Mürsəlovun barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mürsəlov doqquz il müddətinə azadlıqdan məhrum edilib. 

Hadisə bu il iyun ayında Bakı şəhəri Binəqədi rayonunda qeydə alınıb. Vidadi Rəcəbov qonşusu, 1955-ci il təvəllüdlü İ.Mürsəlov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İ.Mürsəlov saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.