Bakıda 2 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və əşyalar 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az