Ölkə

Bakıda 6 nəfərin yaralandığı avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO - FOTO

21 Noyabr 2019 10:24
1 Şərh     Baxış: 5 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:24

Bu gün səhər saat 07 radələrində Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, "Mercedes" markalı qeyri-müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövləq Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub.

149 nömrəli marşrut xətti üzrə daşıyıcı "BMH" MMC-dən verilən məlumata görə hadisə "Mercedes" markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib. Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

----------
09:33

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Səbail rayonunun Sahil qəsəbəsi, 20-ci sahə ərazisində baş verib.

Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə 6 nəfər xəsarət alıb. Xəsarət alanlar - 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Daha bir sərnişin - 17 yaşlı oğlana yerində yardım edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.