Ölkə

Bakıda qəza törədən sürücünün hər iki ayağı sındı - FOTO

21 Noyabr 2019 09:46
0 Şərh     Baxış: 1 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza Rüstəm Rüstəmov küçəsində, yanacaq doldurma məntəqəsinin qarşısında qeydə alınıb.

23 yaşlı Babayev İbrahim İmran oğlu idarə etdiyi "Lada" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil qarşıdan gələn 34 yaşlı Rzayev Elman Gülmirzə oğlunun idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza zamanı hər iki avtomobilin sürücüləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İ.Babayevə hər iki ayağın sınığı diaqnozu qoyulub.

Əraziyə Sabunçu Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.