Ölkə

Bu binanın sakinləri niyə susuz qalıb? - Müvafiq qurumlardan CAVAB

20 Noyabr 2019 17:30
1 Şərh     Baxış: 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai rayonunda yerləşən bina sakinlərinin su ilə bağlı uzun zamandır üzləşdiyi problem aradan qaldırılır. Söhbət Xətai rayonu Zığ şosesi, bina 31-dən gedir.

Milli.Az xəbər verir ki, Xətai Rayon Sukanal İdarəsinin rəisi Etibar İbrahimov Trend-ə bildirib ki, su borularının köhnəlməsi səbəbindən binanın bir hissəsi susuz qalıb.

Onun sözlərinə görə, yaxın günlərdə problemin həll ilə bağlı işlər başlayacaq:

"Artıq müvafiq tədbirlər görülüb və xətlərin dəyişdirilməsi üçün yeni materiallar sifariş verilib. Sifarişlər gələn kimi, ilk əlverişli hava şəraitində bu işlərə start veriləcək".

Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da Trend-ə bildirib ki, binaya gedən borular qəzalı vəziyyətdədir, ancaq onların yenilənməsi ilə bağlı tapşırıqlar verilib:

"Yaxın vaxtlarda bütün problemlər aradan qaldırılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.