Ölkə

2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq - Agentlik

20 Noyabr 2019 17:07
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq.

Milli.Az xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana səyahət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% və ya 264 min nəfər artaraq təqribən 2.7 milyona çatıb.

Bu, 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.

Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycana səyahət edənlərin 51.9%-ni təşkil edir.

Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47.9% və 37.8% artım müşahidə edilib.

2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib ki, bu da 52 min nəfər və ya 24.7% artım deməkdir.

Ən yüksək artım 74.3%-lə İran və 65.1%-lə Orta Asiya ölkələri arasında qeydə alınıb.

Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9.6 min nəfər və ya 18% artım) və Rusiyadan (9.2 min nəfər və ya 14.4% artım) gələnlər arasında müşahidə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.