Ölkə

Narkotacir Bəxtiyar saxlanıldı - FOTO

20 Noyabr 2019 17:49
1 Şərh     Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Mahamalar kənd sakini, əvvəllər də məhkum olunmuş 57 yaşlı Bəxtiyar Kərimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 9 ədəd bükümdə 13 qramdan artıq narkotik vasitə olan heroin və 3 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan selofan torbada 50 qrama yaxın heroin, elektron tərəzi və qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.