Ölkə

"Bütün bunlar Arif Hacılının səriştəsiz partiya rəhbəri olduğunu ortaya qoyur, mütləq istefa verilməlidir" - Nahid Cəfərov

20 Noyabr 2019 14:19
Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arif Hacılı niyə istefa verib siyasətdən getməlidir? Və ya Mehdi Xəlilbəylinin törətdiyi cinayət fərdi səviyyədə törədilən cinayətdirmi? Müsavatda və ya AKM-də saxta sənəd alveri ilə bağlı iddialar və bununla əlaqədar suallar Müsavatın daxili qruplarında əqidəli müsavatçılar tərəfindən dəfələrlə səsləndirilir. Arif Hacılı bunu araşdırıb dələduzu partiyadan uzaqlaşdırmaqdansa, sualları qaldıranları linç etməyi qərara alır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropada yaşayan gənc fəal Nahid Cəfərov deyib.

O bildirib ki, Müsavat partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) müstəqil qurum olduğunu iddia edir və daha sonra qurumun rəhbərliyinin buraxılması və ya dəyişdirilməsi ilə bağlı qərarı açıqlayır:

"Demək ki, müstəqil deyilmiş. Yalançı sənəd ittihamları geniş ictimaiyyətə çıxır. Rəşad Məmmədov adlı zərərçəkmişin şikayətinə Alman polisi ədalətli reaksiya verib Mehdi Xəlilbəyliyə qarşı əməliyyat keçirsə də, həmin Rəşad Məmmədovun açıq şəkildə səsləndirdiyi eyni ittihamları və ortaya qoyduğu faktları Arif Hacılı görməzdən gəldi və bu faktları yayanlara qarşı total hücumlar başladı. Eyni zamanda, bütün bu ittihamlara cavab olaraq, Arif Hacılı və İsa Qəmbər Mehdi Xəlilbəylini müdafiə etməyə başladılar. Görəsən niyə? Bütün bunlar, ən azından, Arif Hacılının səriştəsiz partiya rəhbəri olduğunu ortaya qoyur. Buna görə mütləq istefa verilməlidir".

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.