Ölkə

Abşeron sakinlərinə ŞAD XƏBƏR - 10 gün qaldı ... - FOTO

20 Noyabr 2019 13:00
0 Şərh     Baxış: 5 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunun Məhəmmədi kəndində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Milli.Az problemlə bağlı "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb.

Qurum rəsmisi fasilələrin əsl səbəbini açıqlayıb:

"İki aydır Zabrat yarımstansiyasından iki dövrəli xətt çəkilir Məhəmmədiyə. Digah, Pirşağa, Kürdəxanı, hamısı Məhəmmədi yükünü çəksin ki, Məhəmmədidə qış aylarında problem olmasın. Elektrik enerjisinin verilişində yaranan fasilələrin səbəbi bundan ibarətdir. Ayın axırına qədər belə fasilələr yaranacaq. İndi göstəriş verərik, elektrik enerjisinin verilişindəki fasilələri qısa-qısa eləsinlər ki, vətəndaşlara da çətinlik yaratmasın".

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.