Ölkə

Arif Hacılıdan falçı mövqeyi: "Tofiq Yaqublu "Milli Şura"nın sədri olsa..."

20 Noyabr 2019 12:16
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müsavat Partiyasının sədri Arif Hacılı partiya üzvü Tofiq Yaqublunun "Milli Şura"ya sədr olması təklifinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, A.Hacılı deyib: "Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır.

Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, "Milli Şura"nın sədri olsa yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək".

Qeyd edək ki, "Milli Şura" adlı qurumun sədri Cəmil Həsənli şuraya sədrliyin Tofiq Yaqubluya həvalə edilməsini təklif edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.