Ölkə

Mikroavtobusun vurduğu piyada xəstəxanada öldü

20 Noyabr 2019 10:14
0 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 19-u axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb. 

Yolla hərəkətdə olan mikroavtobus rayonun Makov kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Əziz oğlu Kostiyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Z.Kostiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxananın Reanimasiya şöbəsində müalicə alan Z.Kostiyevə ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Zaur Kostiyev xəstəxanada ölüb.

Mikroavtobusun sürücüsü rayon sakini Qurbanov Tahir Məhəmməd oğludur.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.