Ölkə

AzTV tender elan etdi

20 Noyabr 2019 16:45
0 Şərh     Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti 3 televiziya və 2 radio kanalının internet şəbəkəsi vasitəsilə yayım xidmətinin satın alınması məqsədilə açıq tender elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının www. etender. gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsun və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 9 dekabr, tender təklifi ilə bank təminatı sənədlərini isə 17 dekabra qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 dekabrda açılacaq. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.