Ölkə

Göyçayda heyvanlar arasında ciddi xəstəlik yayılıb - FOTO

19 Noyabr 2019 15:55
1 Şərh     Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçayda itlər və inəklər arasında xəstəlik yayılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Yekəxana kəndində baş verib. Belə ki, kənd sakinlərinin sözlərinə görə, xəstəliyə yoluxan itlər bir gün sonra tələf olur. Eyni problem inəklər arasında yaşanır. Fermerlər deyir ki, xəstə inəklərə tibbi yardım göstərilməsinə baxmayaraq, onları sağaltmaq mümkün olmur. Sakinlər deyir ki, hər il Yekəxana kəndində vətəndaşlar arasında da bir neçə nəfər bruselyoz xəstəliyinə yoluxur. Bu il yaz ayında bir nəfər quduz it dişləmə səbəbindən ölüb.

Analoji hal rayonun Bığır kəndində də mövcuddur. Vətəndaşlara məxsus fərdi təssərüfatda iri buynuzlu inəklər arasında olan xəstəlik sakinləri çətin duruma salıb.

Hadisə ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib və qurum tərəfindən kəndlərə əməkdaşlar göndərilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.