Ölkə

Siyavuş Novruzov: "Məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır"

19 Noyabr 2019 14:01
Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisə "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" kifayət qədər sanballı sənəd daxil olub. Biz bu məsələni müakirə edərkən ilk növbədə buna konseptual şəkildə baxmalı, daha sonra maddələrlə bağlı təkliflərimizi verməliyik. Qanunun fəlsəfəsi ölkəmizdə bu istiqamətdə aparılan islahatlara uyğundur. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də islahatlar həyata keçirilir. Bu proses gələcəkdə də davamlı olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar uzun müddətdir ki, həyata keçirilir: "Yeni məhkəmə binalarını tikintisi, onların texniki təchizatı, hakimlərin sayının artırılması, vəkillərin test üsulu ilə seçilməsi və digər işlər həyata keçirilir".

Mülkiyyətin müxtəlif formaları, ailə məişət məsələləri və digər məsələlərlə əlaqədar məhkəmələrə ciddi sənədlərin daxil olduğunu deyən deputat söyləyib ki, onların təhlil edilməsi, sonda obyektiv qərarın çıxarılması üçün hakim məsələlərlə dərindən tanış olmalıdır: "Elə hallar var ki, hansısa bir strukturun qanunu pozması nəticəsində məhkəmə elə qərar çıxarmağa məcbur olur ki, nəticədən narazı qalan tərəflər olur. Misal üçün əgər bir mənzillə bağlı 4 şikayətçi varsa, onun 1 nəfəri üçün məsələ müsbət həll olunur. Belə olan halda digərləri narazı qalacaq. Elə səbəblər var ki, vaxtında insanlar hüquqi addımlar atmır və nəticədə işlər gəlib məhkəməyə çatır. Belə olan halda, müxtəlif yollar axtarmağa başlayırlar. Əmək müqaviləsi bağlamadan işə qəbul məsələləri ilə bağlı da problemlər bəzən məhkəməyə qədər gəlib çıxır. Bu baxımdan qanundakı məsələlərə kompleks yanaşmalıyıq".

S.Novruzov söyləyib ki, məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır: "Qərar qəbul olunduqdan sonra onların icrası yerinə yetirilməlidir. Bu gün çoxlu sayda belə qərarlar var ki, onların icrası yerinə yetirilmir".

Deputat çıxışı zamanı məhkəmələrin ixtisaslaşdırılmasını da təklif edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.