Ölkə

ABŞ tərəfindən axtarışda olan pakistanlılar Azərbaycanda saxlanılıblar

19 Noyabr 2019 14:52
0 Şərh     Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları - 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak ediblər.

Məlum olub ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər. ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.

Pakistan vətəndaşları isə ittihamla razılaşmır və heç vaxt ABŞ-a getmədiklərini bildiriblər. Onlar Azərbaycanda saxlanılmalarını istəyiblər.

ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizlik şöbəsinin əməkdaşı suala cavab olaraq bu şəxslərin ittiham olunduğu cinayətlərin detalları barədə məlumatlı olmadığını deyib. Nümayəndə bu barədə növbəti prosesdə yazılı şəkildə məlumat verəcəyini deyib. Pakistanlıların ABŞ ərazisində yox, internet vasitəsilə cinayət törətməsi şübhəsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.