Ölkə

Məhkəmə ekspertləri də attestasiyadan keçəcək

15 Noyabr 2019 18:04
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişiklik edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, məhkəmə ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi veriləcək.

Bununla bağlı qanuna 11-2-ci maddə ( Məhkəmə ekspertlərinin attestasiyası) əlavə edilir.

Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Məhkəmə ekspertlərinin fəaliyyətində bu yeniliklər olacaq:

"Qanuna edilən digər dəyişikliyə əsasən isə, Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq. Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək. Reyestr müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək".

Qanuna dəyişiklik Milli Məclisin noyabrın 19-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.