Ölkə

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı oldu - VİDEO - FOTO

15 Noyabr 2019 15:41
5 Şərh     Baxış: 2 975

Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlinin açılışı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nərimanov rayonunda ucaldılan abidənin açılışında Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Müdafiə nazirinin müavini Kərim Vəliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, millət vəkilləri, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov və digər şəxslər iştirak ediblər.

Heykəl Nərimanov rayonunda, Milli Qəhrəmanın adına olan küçədə ucaldılıb. Heykəlin kompozisiyası tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur.

Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Nargiz Köse · 15 Noyabr 17:0150

    Səni heç zaman unutmayacayıq! Azərbaycanın yetişdirdiyi böyük dəyərlərdən birisən! Torpaqlarımızı düşmənlərdən azad edib, sənin borcunu mütləq ödəyəcəyik!!!

    Cavab yaz
  • Anonim
    Ay · 15 Noyabr 18:3520

    AZƏRBAYCANIN igid oğu məkanın cənnət olsun

    Cavab yaz
  • Anonim
    Alimardan · 15 Noyabr 20:4020

    cox pis, bu ayrıseçkilik neye lazim idi.

    Cavab yaz
  • Anonim
    Rəssam · 15 Noyabr 21:0630

    Qurban olum Vətənimə,elimə, Onun dərdi hər bir dərddən betərdi. Qoysaydılar tüfəng alıb çiynimə, Düz birbaşa İravana gedərdim...(

    Cavab yaz
  • Anonim
    . · 15 Noyabr 23:4620

    InşaAllah Albertin heykəlini Şuşada da ucaldarıq. Allah rəhmət eləsin, ailəsinə səbr versin..Qəhrəman Albertlə Azərbaycan fəxr edir və edəcək! Əlimizdən gələni etməliyik ki, onun və bütün qəhrəmanların ruhları şad olsun!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.