Ölkə

Heydər Əliyev prospektində yaşayış binası yandı, 3 nəfər xəstəxanaya yerləşdirildi - FOTO

15 Noyabr 2019 16:24
0 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektindəki beş mərtəbəli yaşayış binasında qeydə alınıb.

Həmin binada yaşayan Aida Əzizovaya məxsus mənzildə baş verən yanğın zamanı bina sakinləri təxliyyə edilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yanğının yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində ev sahibi, 1981-ci il təvəllüdlü Əzizova Aidə Bədir qızı, binada yaşayan, 1985-ci il təvəllüdlü İsmayılova Şəlalə Oruc qızı və 2003- çil il təvəllüdlü Yusifzadə Əfsanə Xəyal qızı tüstüdən zəhərlənmə ilə xəstəxanaya müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.