Ölkə

Binaların 30 faizi istiliklə təmin olunub, bəs digəriləri nə vaxt isinəcək? - "Azəristiliktəchizat"dən CAVAB

15 Noyabr 2019 14:49
3 Şərh     Baxış: 1 620

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində qış rejiminə keçidlə bağlı bina və obyektlərə istilik təchizatına start verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından artıq bütün qazanxanalar işə salınıb:

"Dağlıq ərazilərdə istilik sistemləri noyabrın 1-dən işə salınıb. Bu gün səhər saatlarından isə Bakı və digər ətraf ərazilərdə prosesə start verilib. Artıq indiki saata qədər Bakının 30 faizindəki bina və obyektlər istilik sistemi ilə təmin olunub. Digər qazanxanalarda isə tənzimləmələr aparılır. Günün sonuna kimi paytaxtda bütün binalara istilik veriləcək".

R.Əliyev bildirib ki, bütün ərazilərə eyni vaxtda istilik vermək olmur: "Həm qazanxanalar texniki cəhətdən imkan vermir ki, birdən-birə yüksək istiliyi alaq. Məsələn, bir qazanxanada 5 min kubmetr su olur. Həmin suyun hamısı qızmalıdır ki, ondan sonra temperatur tədricən artırılmalıdır. Bunun üçün 12-24 saat vaxt lazımdır".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Aybəniz · 15 Noyabr 15:0280

    12-24 saat vaxt lazımdırsa 2 gün əvvəldən qızdırmaq olmazmı ? Onsuzda pulu alırsınızda da veriyiniz gundən. Biraz tez verində caammat xəstələnəndən sonra nə xeyri olur ki. Umumiyyətlə neçə illərdi təklif verilir ki istiliyi noyabr ayının 1 dən verilsin. Məncə belə daha yaxşı olar. aprelin 1-2 dən sonra istilik hec kimə lazım deyil.Əvvəlcədən tez vermək daha məqsədəuyğun olardı.

    Cavab yaz
    • Anonim
      ...... · 15 Noyabr 16:3430

      Vallahda.düz söz.Bunu 15 dən 1-2 gün əvvəl niyə buraxmırsızki?

      Cavab yaz
      • Anonim
        Aysu · 15 Noyabr 17:1900

        Yeni yasamala nəvaxt verərlər.?görəsən

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.