Ölkə

“28 May” metrostansiyası yaxınlığında nəqliyyat sıxlığı aradan qaldırılıb - BNA - VİDEO

15 Noyabr 2019 13:29
4 Şərh     Baxış: 1 686

Qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində ("28 May" metrostansiyası yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb.

Bakı Nəqliyyat Agnetliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, əvvəllər qeyd edilən ərazidə nəqliyyat sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qaldırılıb. Nəticədə piyada təhlükəsizliyi təmin edilib, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsinə nail olunub, 4 müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb ki, bu da 200.000-dən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir. Digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb.

Qeyd edək ki, gündəlik olaraq bu yoldan istifadə edən hərəkət iştirakçıları, xüsusən də ictimai nəqliyyat istifadəçiləri görülən işlərdən razlıqlarını ifadə ediblər.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Sərnişin · 15 Noyabr 13:4130

    Nəqliyyat sıxlığını necə aradan qaldırırsız? Avtobusların sayını azaltmaqla? Ay hay...

    Cavab yaz
  • Anonim
    Azad · 15 Noyabr 14:1700

    2 həftədən sonra ora baxariq.O birilərdə düzəlmişdi.İndi taksi parkovkasıdır. Nəqliyyat SİSTEM dir.

    Cavab yaz
  • Anonim
    Anonim · 15 Noyabr 16:3910

    BNA’ya ishçi kimi gencler lazimdi. Cunki neqliyyat sixligi bu dovrun problemidi ve fikrimce yeni beyinler bu problemi hell etmekde daha asan ve effektiv hell yollari teklif ede biler

    Cavab yaz
  • Anonim
    Samed dagli · 15 Noyabr 17:5610

    Bakinin en yarali yeri 20 yanvar wamaxinka baki sumqayit yoludur oranin problemi cozulmurki cozulmur.her defe ora girende adamin lap qanadi olmagni isteyirki ucsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.