Ölkə

Şamaxıda 4 uşaq anasını zorlamaq istəyənlər məhkəmə qarşısında

14 Noyabr 2019 16:24
3 Şərh     Baxış: 3 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali Məhkəmədə qadını zorlamağa cəhdə təqsirləndirilən Ə.Qəribovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib. 

Hadisə 2018-ci ilin iyul ayının 25-də gecə saat 2-də baş verib. 

Ə.Qəribov dostları və Şamaxı rayon sakini Nişanə Babayeva (ad, soy adı şərti) ilə İsmayıllıdakı Dərəkənd kəndində qonaqlıqda yeyib-içib. Onlar gecə saat 23 radələrində İsmayıllıdan Şamaxıya qayıtmaq üçün yola çıxıblar.

Yolda olarkən avtomobildə Ə.Qəribov və dostlarından biri N.Babayevanı zorlamaq istəyib. Onlar arxa oturacaqda olan qadınla əvvəlcə öz razılığı ilə cinsi əlaqədə olmaq istədiklərini deyiblər. Lakin qadın razı olmayıb.

Bu zaman Ə.Qəribov ona bir şillə vurub və avtomobili saxlayıb, gecə saat 2-də qadını çöldə qoyub gedəcəkləri ilə hədələyib. Qadın Şamaxıdakı evinə çatmağa 700 metr qalmış maşından düşərək piyada öz yaşadığı ünvana doğru getməyə başlayıb. Lakin bundan sonra Ə.Qəribov və dostu planlarını həyata keçirməyə israr ediblər. 

Qobustanda kafedə işləyən, ərindən boşanmış və dörd uşaq anası olan qadın buna etiraz edib. Bu zaman Ə.Qəribovla dostu ona fiziki zorakılıq ediblər, maşının arxa oturacağına uzandıraraq zorlamağa çalışıblar. N.Babayeva təpikləyərək müqavimət göstərib və zorlanmasına imkan verməyib. Bununla belə o, xəsarətlər alıb. 

Hadisə vaxtı polisə zəng edən N.Babayeva bundan sonra onların əlindən xilas ola bilib. Əraziyə polislərin gəldiyini görən şəxslər qaçıblar. Qadın isə polislərin müşayəti ilə evinə çatdırılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Qəribov altı il müddətinə azadlıqdan məhrum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsi isə onun cəzasını beş ilə endirib. Daha sonra Ə.Qəribov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.