Ölkə

Bu il yol qəzalarında 557 nəfər ölüb

14 Noyabr 2019 15:09
1 Şərh     Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 2 faiz azalaraq 1735 nəfər olub.

Onlardan 557-si həlak olub, 1178-i isə yaralanıb. Hadisələrin 46,2 faizi gündüz, 36,1 faizi gecə, 17,7 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz azalaraq 399 nəfər, yaralananların sayı isə 3,2 faiz azalaraq 1135 nəfər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.