Ölkə

Təhsil Nazirliyi: Şikayət əsasında 7 məsul şəxsə töhmət verilib

14 Noyabr 2019 14:37
8 Şərh     Baxış: 4 731

Cari ilin oktyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 "Qaynar xətt" xidmətinə 28 müraciət daxil olub.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Saatlı, İsmayıllı, Astara, Ağdaş, Samux, Ağsu, Biləsuvar və Yevlax rayonlarından daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhəri 19, 31, 85 və 261 nömrəli tam orta məktəblərində, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyində və 33 nömrəli tam orta məktəbdə, Astara rayonu Şahağacı kənd 2 nömrəli məktəbdə, Samux rayonu Alabaşlı kənd tam orta məktəbində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş məsul şəxslərdən birinə yazılı xəbərdarlıq, yeddi nəfərə isə töhmət verilib.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Əli · 14 Noyabr 17:0640

    Töhmət alanların adları niyə yazılmayıb, ehtiyatda saxlanılıb?

    Cavab yaz
  • Anonim
    Seva · 14 Noyabr 17:2040

    Niyə bu rayonların içində Kəlbəcər rayonu yoxdu? Töhmət alınası şəxslər burda daha çoxdur axı.

    Cavab yaz
  • Anonim
    Seva · 14 Noyabr 17:3050

    Kəlbəcər 21 saylı məktəbdə direktor öz istədiyini edir və mən heç kimdən çəkinmirəm deyir.Hətta labaranta da müəllim kimi dərs saatı verib.Baxmayaraq ki müəllimlərin normal dərs yüke yoxdu.Mafiya kimi müəllimlərdən aylı yığır.Təbi ki təhsil şöbəsi də bu işin içindədi.Bir sözlə Kəlbəcər təhsil şöbəsinin müdüri Təhsil nazirliyini saymır və eşitmir.bir sözlə özbaşınalıq ayaq tutub yeriyir.biabırçılıqdı.

    Cavab yaz
    • Anonim
      Rəcəb · 14 Noyabr 22:2700

      Məktəb təhsil ocağı sayılır.Zaqatala rayonƏliabad qəsəbə məktəbin rəhbərləri qış fəsli fəlsəfə fikirləşmir ki,şagirdlərimiz soyuq siniflərdə təhsil alırlar.Hələ də qaz sistemi quraşdırılması.

      Cavab yaz
  • Anonim
    Elvin · 14 Noyabr 20:2010

    Samuxa gəlin şöbəsinə

    Cavab yaz
  • Anonim
    LAMIYE · 15 Noyabr 11:2010

    Nezaret edin Sumqayit Seher Texniki ve tebiet Elmler Lisseyi.emekdar muellime Minare muellime olmusdu oranin direktoru.yazigin sumukleri inildeyir.bir qepikde yigmirdi.indi bazardi.vermiyenede yuxardan asagi baxib usagni sixisdirirlar.evvel orda savadli usaglar oxuyardi ancag.indi 3 alib imkanli adamlar ucun teze sinif acir.pul gelir axi.sinaga bilet satir 2 manattigi 5 manata satir usaglarida mecbur edir sora bilindiki hemen biletin 3 manati Ruxsareye catir.bazar eliyib lisseyi.mekteb 10 il qabag neceydise indide o gundedi amma 40 remont yigir.ceyhun bayramova yeqin catar bu msj.yoxsa bos yere yaziram.

    Cavab yaz
  • Anonim
    LAMIYE · 15 Noyabr 11:2310

    Insanlar onsuz issizdi.5 qepik pul qazanir.onuda Ruxsare kimiler sorur.abir heyada yoxdu.ele bil lissey deyil.hele zavuc Etrabe bazardadi ele bil.sesnide basna atib qisqira qisqira yigir pullari.bos bos Baki mektebleri gezince ay nazir gel sumqayit seher texniki tebiet lisseyine goresenki milyon yigir

    Cavab yaz
  • Anonim
    Lamiye · 15 Noyabr 11:3810

    1ci yazdigimi niye paylasmadin Milli az

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.