Ölkə

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlandı - FOTO

14 Noyabr 2019 14:46
0 Şərh     Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 37 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "VAZ-21099" və "Hyundai Coupe" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən hər biri 1 litrlik olmaqla cəmi 17 ədəd "Nemiroff", "Finlandia" və 20 ədəd "Koskenkorva Vodka" markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.