Ölkə

"2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub" - Azəristiliktəchizat

14 Noyabr 2019 12:35
0 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən illərlə müqayisədə "Azəristiliktəchizat" ASC-yə müraciətlərin sayı artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib. Onun sözlərinə görə, 10 il əvvəl bəzi ev və obyektlər istilik üçün quruma müraciət etməkdə maraqlı deyildilər:

"Əgər 10 il qabaq istilik təchizatının bərpası ilə bağlı 10-12 müraciət daxil olubsa, bu gün bu rəqəm il ərzində yüzlərlədir".

İ.Mirzəliyevin sözlərinə görə, təmsil etdiyi qurumun 3 əsas strategiyası var:

"Bu vaxta qədər 170 istilik məntəqəsi yaradılıb, 1500-dən artıq yaşayış binasında, 400-dən artıq məktəbdə istilik sistemi qurulub. Ümumilikdə 2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.