Ölkə

Turagentliklərin və müştərilərin məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlanıb

13 Noyabr 2019 19:44
0 Şərh     Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti və Ekspertlər Şurası turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlayıb.

Milli.Az xəbər verir ki, Assosiasiyadan Trend-ə bildirilib ki, irəli sürülən təklifə əsasən bundan sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olan agentliklərlə onların xidmətlərindən yararlanan müştərilər arasında icbari olaraq müqavilə imzalanacaq.

Nəzərdə tutulan müqavilə turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək. Eyni zamanda nəzərdə tutulan müqavilə tərəflər arasında yaşana biləcək problemlərin və narazılıqların qarşısını almağa xidmət edəcək.

Assosiasiyanın İdarə Heyətinin toplantısında quruma daha 18 yeni üzv qəbul edilib və onların sayı 50-ə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.