Ölkə

Yeni doğulan uşağa görə 500 manat verilsin - Deputatdan mühüm TƏKLİF

13 Noyabr 2019 17:14
10 Şərh     Baxış: 2 140

Azərbaycanda yeni doğulan uşaqlara 500 manat verilməsi təklif edilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli çıxış edib.

O bildirib ki, əvvəllər yeni doğulan uşaqlara 105 manat vəsait verilirdi, indi bu məbləğ 200 manata qaldırılıb: "Amma yeni doğulan uşaqların xərcləri bundan 5 dəfə çoxdur. Ona görə mən təklif edirəm ki, yeni doğulan uşağa 200 manat yox, 500 manat verilsin və bu, uşaqpulu məsələsində müəyyən bir addımın atılmasına gətirib çıxaracaq. Bunun üçün əvvəlki variantda haradasa 16 milyon manat, təklif etdiyim variantda isə 40 milyon manat pul lazımdır. Büdcəsinin gəlirləri 27 milyard manata çatan bir ölkədə o qədər pul deyil ki, bu məsələyə diqqət yetirilməsin".

Milli.Az

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Leyla · 13 Noyabr 17:23130

    Yaxsi fikirdi eger real olarsa.Amma ele olsada eger ondada dogum evlerinde qiymetler qalxacaq.Cunki bizim acgoz hekimlerimiz helede var.

    Cavab yaz
  • Anonim
    Legenda · 13 Noyabr 17:2681

    Uşaq pulu olsun

    Cavab yaz
  • Anonim
    SVN · 13 Noyabr 17:4291

    Uwaq pulu firki ayliq olsa ela fikirdir. Bir ywaqin xerci cox cetindi valideynlere odemeye. Cox uwaqli ailere onnanda cox.

    Cavab yaz
  • Anonim
    Ram-Tam · 13 Noyabr 18:3060

    Usaq pulu verilsi. Bunlar bi qerar verince bizim usaqlar boyuyecek

    Cavab yaz
  • Anonim
    Yol-Yolcusu · 13 Noyabr 18:3311

    Birdefelik hekime versinler uwagin ras xodudu sonra ne olacaq ?

    Cavab yaz
  • Anonim
    s. · 13 Noyabr 18:4120

    ushaq pulu olsa yaxshi olar

    Cavab yaz
  • Anonim
    asi · 13 Noyabr 18:5910

    Uşağın xərci 200 manatdan 5 dəfə çoxdursa, onda bu 1000 manat edir.. Deputat isə, xərcin 50 faizini təklif edir..Amma xəstəxanalarda uşaq dünyaya gətirmək min manatdan dəfələrlə çoxdu, bunun da 50 faizini ödəsələr yaxşı olardı)...

    Cavab yaz
  • Anonim
    Elvin · 13 Noyabr 21:3630

    Allaha and olsunki 1000 manat uşaq doguşuna azdır əgər yalan deyirəmsə Bərdədə dogum evinə gizli kamera yerləşdirin görəcəksiniz.

    Cavab yaz
  • Anonim
    Elvin · 13 Noyabr 21:3910

    Sahil Babayevin dediyinə görə 5 illik hər uşaga 100 manat verilərsə 18 milyard pul xərclənməlidir.

    Cavab yaz
  • Anonim
    Mehman · 14 Noyabr 14:3100

    Usag 18 yasina kimi 500manatnan boyuye bilmez

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.