Ölkə

Göygöldə oğrular saxlanıldılar - FOTO

12 Noyabr 2019 16:09
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust ayında rayonun Hacıməlik qəsəbəsindəki evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Rəşad Ələkbərov və 37 yaşlı Ülvi Novruzov avqust ayının 27-də rayonun Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 5000 manat olan müxtəlif növ qızıl zinət əşyası, 400 manat nağd pulu və ümumi dəyəri 400 manat olan 3 ədəd mobil telefonu oğurlayıblar.

R.Ələkbərov və Ü.Novruzov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib və onların Gəncə şəhərində də bir neçə analoji cinayət hadisəsi törətdiyi ehtimal olunduğundan faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.