Ölkə

Millət vəkili: "Xarici ölkələrdə Azərbaycana məxsus əlyazmaları ölkəyə gətirməliyik"

12 Noyabr 2019 15:15
2 Şərh     Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ürək ağrısı ilə qeyd etməliyik ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, mənəvi sərvətlər, əlyazmalar talanıb, digər ölkələrə aparılıb. Misal olaraq, Füzulinin "Ərəb divanı" uzun onilliklər ərzində mütəxəssislər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapıldı.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, işğalçıların istilası nəticəsində əlyazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb: "Xarici ölkələrdə Azərbaycana məxsus əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olmalı, dünya kitabxanalarında mövcud olan əlyazmaları ölkəmizə gətirməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.