Hacıqabulda 4 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az