Ölkə

MSK sədri: "Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın"

12 Noyabr 2019 13:26
Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Seçkilərdə imzaların vətəndaş tərəfindən atılmaması, imzanın vətəndaşın özünə məxsus olmaması barədə olan iddialarla bağlı qərar məhkəmə tərəfindən verilməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, seçki hüquqları ilə bağlı işlərə məhkəmələrdə baxılması halları bütün sivil ölkələrdə var və biz də ölkəmizdə belə halların olmasına görə narahat olmamalıyıq: "Azərbaycan Avropa ölkələri ailəsinin üzvüdür. Bu ailənin də ümumi tələbləri və qaydaları var. Bu qaydalar isə çox sivildir. Azərbaycan daxilində seçki prosesləri elə həyata keçirilməlidir ki, ölkə vətəndaşının Avropa Məhkəməsinə çıxmaq hüququ pozulmasın. Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın və bunlar bizim dövlətçilik ideyalarımıza kölgə salmasın. Ümumi mənzərədən baxılarsa, Azərbaycanda bu istiqamətdə görülən işlərin hər biri öz layiqli yerindədir".

M.Pənahov əlavə edib ki, bütün sahələrdə olduğu kimi seçki sahəsinin də nə qədər inkişaf etdiyi göz qabağındadır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.