Ölkə

Təbiət və həyat naminə birləşənlər - VİDEO

12 Noyabr 2019 13:21
Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondunun yeni layihəsi - şəhərimizdə yeni bir parkın salınması və burada sakinlərin iştirakı ilə kütləvi ağacəkmə aksiyasının keçirilməsi elə sakinlərin özləri tərəfindən böyük sevinclə qarşılanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Xətai rayonunda 37,2 hektar ərazidə təbii parkın salınması nəzərdə tutulur.

Layihəyə əsasən, parkda sakinlərin istirahəti üçün xüsusi zonalar, uşaqlar üçün əyləncə yerlərinin yaradılması nəzərdə tutulur. Parkda, həmçinin, xüsusi avadanlıqlarla təchiz olunmuş idman meydançası, futbol, voleybol və basketbol meydançaları fəaliyyət göstərəcək, tennis kortu, velosiped və qaçış zolaqları, təbii daşlardan salınmış gəzinti yolu, piknik zonası, velosipedlərin kirayəsi və onlar üçün dayanacaqlar təşkil olunacaq.

Parkın salınması elə sakinlərin özlərinin iştirakı ilə reallaşıb. Belə ki, ötən gün müxtəlif əyləncələrin müşayiəti ilə Heydər Əliyev Fondunun "Təbiət naminə birləş! Həyat naminə birləş" layihəsi çərçivəsində ağaclar əkilib, quşlar üçün yuvalar duzəldilib, oturacaqlar quraşdırılıb.

Ötən günkü tədbirdən video çarxı sizə təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.