Ölkə

Dumana görə, yüklə dolu "Zil"i son anda gördü - Qala yolunda qəza

12 Noyabr 2019 14:06
0 Şərh     Baxış: 1 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza Qala yolunda qeydə alınıb. Belə ki, minik avtomobili yüklə dolu olan "Zil 131" markalı yük maşını ilə toqquşub.

Baş yol ilə hərəkətdə olan minik avtomobili köməkçi yoldan əsas yola çıxan yük maşınını dumanlı hava səbəbindən görə bilməyib. Nəticədə qəza qaçılmaz olub.

Xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.