Ölkə

Komitə sədri: "Bu il vergidaxilolmalarının artım tempi 5.7 faiz təşkil edib"

12 Noyabr 2019 12:44
Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illərdə ölkədə aparılan islahatlar, xüsusilə də "kölgə" istisadiyyatı ilə mübarizə öz nəticələrini verir. Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, 2019-cu ilin 9 ayı ərzində ÜDM-nin nominal artımı 1.2 faiz, qeyri-neft sektoru üzrə 7.6 faiz olduğu halda, vergidaxilolmalarının artım tempi 5.7 faiz təşkil edib.

Komitə sədri söyləyib ki, 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104.9 faiz, neft sektoru üzrə 95.9 faiz, qeyri-neft sektoru üzrə isə 109.5 faiz yerinə yetirilib: "Cəmi aktiv ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32.9 faiz artıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.