Ölkə

MSK sədri: "Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması ilə bağlı bütün addımları atmalıyıq"

12 Noyabr 2019 11:47
Baxış: 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz Mərkəzi Seçki Komissiyası olaraq Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması ilə bağlı bütün addımları atmalıyıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, seçkilər zamanı hüquqi narazılıqlarla bağlı Dairə Seçki Komissiyasına (DSK) müraciət edilir: "Daha sonra DSK Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edir və MSK bununla bağlı qərar verir. İddiaçı tərəf bu qərardan narazı qaldıqda Apellyasiya Məhkəməsinə (AM), AM-nin qərarından narazı qaldıqda Ali Məhkəməyə müraciət edir. Yəni bütün bunlar vətəndaşlarımızın ali hüquqlarıdır. Biz bu hüquqların qorunması üçün bütün addımları atmalıyıq".

M.Pənahov qeyd edib ki, Azərbaycan dünyanın demokratik ölkələrindən biridir və buna şübhə ola bilməz. O, dekabrın 23-də bələdiyyə seçkilərinin demokratik keçiriləcəyinə əminliyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.