Ölkə

Bakıda yataqxanada uçqun olub - FOTO

12 Noyabr 2019 09:24
0 Şərh     Baxış: 1 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda bina uçub.

Mİlli.Az unikal.org-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nazim Hacıyev 6 ünvanında qeydə alınıb. Belə ki,  4 mərtəbəli binanın 3 və 4-cü mərtəbələri uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis cəlb olunub.

Qeyd edək ki, sözügedən bina yataqxanadır və bir hissəsində məcburi köçkünlər, digər hissəsində isə yerli sakinlər məskunlaşıb. Binanın qəzalı vəziyyətdə olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.