Ölkə

Gəncədə valyuta mübadiləsilə məşğul olan kişini NİYƏ öldürüblər? - TƏFƏRRÜAT - YENİLƏNİB

11 Noyabr 2019 11:09
0 Şərh     Baxış: 2 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:09

Gəncədə 30 yaşlı kişinin qətlinin təfərrüatları məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə gecə saatlarında baş verib. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa Əliyevin idarə etdiyi avtomobillə əks istiqamətdə hərəkət 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub.

Hadisə hər iki sürücünün mübahisəsinə səbəb olub və mübahisə davaya çevrilib. Hadisə yerindən uzaqlaşan hər iki sürücü sonradan şəhər ərazisində görüşüb. D.Nicat üzərində gəzdirdiyi bıçaqla M.Əliyevə ürək nahiyəsindən iki zərbə endirərək qətlə yetirib.

Hadisəni törədən D.Nicat saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Xatırladaq ki, qətlə yetirilən Mirağa Əliyev Gəncə şəhərində valyuta mübadiləsi ilə məşğul olurmuş.

----------

10:32

Gəncədə qətl törədən şəxs tutulub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib. Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində Dajban Nicat M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. 

Dajban Nicat saxlanılıb. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 

-------

09:51

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.

Məlumata görə, M.Əliyev Gəncədə valyuta mübadilə məntəqəsi işlədirmiş.

Faktla bağlı cinayət işi başlanıb və hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.